Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Neoklassika” konsept mesajı ilə təşkil olunmuş Milli Marketinq Forumuna təşkilati dəstək verib.
Pravda.az xəbər verir ki, üç gün ərzində marketinq fəaliyyəti ilə bağlı təcrübələrin paylaşıldığı forumda iştirakçılara işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər, dövlət komitəsinin bu sahədəki fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən Böyük Qayıdışın əsas məqsədləri Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın, iqtisadi fəaliyyətə reinteqrasiyanın təmin edilməsidir. Bu sahədə Dövlət Komitəsinin də üzərinə vacib və məsul vəzifələr qoyulub. Komitə əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili, məcburi köçkünlər arasında aparılacaq sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması üzrə tədbirlərin əsas icraçısıdır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov çıxışında qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğunu, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyev xüsusi diqqət yetirdiyini, Birinci vitse-prezident xanım Mehriban Əliyeva onların problemlərinin həllinə daim həssaslıq və təsirli dəstək göstərdiyini bildirib.
Sədr müavini azad olunmuş ərazilərə qayıdış prosesinin təkcə bərpa-quruculuq işləri ilə deyil, həm də milli yaddaşın bərpası, tarixi dəyərlərin dirçəlişi ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Dövlət Komitəsi bu prosesi geniş ictimaiyyətə düzgün çatdırmaq, reinteqrasiyanı gücləndirmək və yeni formalaşan icmaların sosial və iqtisadi potensialını tanıtmaq məqsədilə Milli Marketinq Forumunda iştirak edir. Forum çərçivəsində komitə dövlət-özəl sektor tərəfdaşlığı, media və yaradıcı agentliklərlə əməkdaşlıq imkanlarını müzakirə edir. Qeyd olunub ki, Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya məsələri barədə həqiqətlərin ictimaiyyətə çatdırılmasında marketinq və kommunikasiyanın mühüm rolu vardır. Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insanın yaşadığını deyən F.Hüseynov, hökumətin işğaldan azad edilmiş ərazilərdə ağıllı şəhər, ağıllı kəndlərin salınmasını, “yaşıl enerji zonaları”nın yaradılmasını bərpa-quruculuq prosesinin prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirdiyini xatırladıb.
Forumun Böyük Qayıdışa həsr olunmuş ikinci panelində hüquqşünas Ərşad Hüseynov, Nəfəs Psixi Sağlamlıq Akademiyasının təsisçisi İkram Rüstəmov, “Cinema Art” MMC-nin direktoru Fuad Quliyev, “Facemark” şirkətinin rəhbəri Rafiq Hunaltay çıxış ediblər.
Forumda məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində Dövlət Komitəsi tərəfindən hazırlanmış videoçarxlar nümayiş olunub.
17 İyun 08:16
17 İyun 08:12
17 İyun 08:08
17 İyun 08:04
17 İyun 07:31
17 İyun 07:27
17 İyun 07:23
16 İyun 23:59
16 İyun 23:45
16 İyun 23:41
16 İyun 23:15
16 İyun 23:03
16 İyun 22:53
16 İyun 22:21
16 İyun 22:17
16 İyun 22:06
16 İyun 22:03
16 İyun 21:43
16 İyun 20:21
16 İyun 19:30
16 İyun 19:25
16 İyun 19:22
16 İyun 18:11
16 İyun 18:06
16 İyun 17:54
16 İyun 17:53
16 İyun 17:51
16 İyun 17:47
16 İyun 15:51
16 İyun 15:15
16 İyun 14:56
16 İyun 14:54
16 İyun 14:52
16 İyun 14:41
16 İyun 13:47
16 İyun 13:27
16 İyun 13:22
16 İyun 12:59
16 İyun 12:43
16 İyun 12:40
16 İyun 12:37
16 İyun 12:32
16 İyun 12:20
16 İyun 12:18
16 İyun 12:16
16 İyun 12:13
16 İyun 11:54
16 İyun 11:50
16 İyun 11:48
16 İyun 11:45
16 İyun 11:30
16 İyun 11:28
16 İyun 11:27
16 İyun 11:10
16 İyun 10:13
16 İyun 10:10
16 İyun 09:47
16 İyun 08:51
16 İyun 08:44
16 İyun 08:24
16 İyun 00:07
16 İyun 00:05
15 İyun 23:00
15 İyun 22:58
15 İyun 21:41
15 İyun 21:36
15 İyun 20:49
15 İyun 20:45
15 İyun 20:44
15 İyun 20:42
15 İyun 20:41
15 İyun 20:12
15 İyun 20:10
15 İyun 20:08
15 İyun 19:19
15 İyun 19:17
15 İyun 19:15
15 İyun 18:41
15 İyun 18:27
15 İyun 16:56
15 İyun 16:39
15 İyun 16:37
15 İyun 15:59
15 İyun 15:57
15 İyun 15:53
15 İyun 15:37
15 İyun 15:22
15 İyun 15:17
15 İyun 15:15
15 İyun 15:13
15 İyun 13:58
15 İyun 13:46
15 İyun 13:43
15 İyun 13:04
15 İyun 12:35
15 İyun 12:30
15 İyun 12:28
15 İyun 11:51
15 İyun 11:49
15 İyun 11:02
15 İyun 10:52
15 İyun 10:50
15 İyun 09:57
15 İyun 09:10
15 İyun 09:07
15 İyun 08:48
15 İyun 08:42
15 İyun 08:41
15 İyun 08:36
15 İyun 01:11
15 İyun 01:10
15 İyun 01:09
15 İyun 01:06
15 İyun 01:03
15 İyun 01:01
15 İyun 00:58
15 İyun 00:41
14 İyun 23:33
14 İyun 23:28
14 İyun 23:24
14 İyun 23:21
14 İyun 23:11
14 İyun 21:30
14 İyun 21:27
14 İyun 21:25
14 İyun 21:20
14 İyun 21:17
14 İyun 21:14
14 İyun 21:12
14 İyun 21:10
14 İyun 21:06
14 İyun 21:04
14 İyun 20:49
14 İyun 20:47
14 İyun 20:44
14 İyun 19:57
14 İyun 19:55
14 İyun 19:54
14 İyun 19:40
14 İyun 19:39
14 İyun 19:34
14 İyun 19:32
14 İyun 19:30
14 İyun 19:26
14 İyun 19:22
14 İyun 19:17
14 İyun 19:12
14 İyun 17:28
14 İyun 16:46
14 İyun 15:30
Ən son xəbərləri səhifəmizdən də izləyin