Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə azərbaycanlı qadın qətlə yetirildi

Türkiyədə azərbaycanlı qadını qətlə yetirən şəxsə hökm oxunub.

 

Yerli mətbuatın məlumatına görə, hadisə 2024-cü ilin noyabrında Türkiyənin Sakarya şəhərinin Adapazarı qəsəbəsində küçədə baş verib. A.A. adlı şəxs, sevgilisi olan, marketdə çalışan və bir övlad anası olan 32 yaşlı Şəlalə Mirzəlini odlu silahla atəş açaraq qətlə yetirib.

 

Sakarya Ağır Cəza Məhkəməsində keçirilən məhkəmə prosesində prokuror A.A.-nın "qəsdən adam öldürmə" və "qanunsuz silahdan istifadə" maddələri üzrə ömürlük həbs cəzasına məhkum edilməsini tələb edib. Hadisə qurbanının bacısı Ş.S. da məhkəmədə çıxış edib. Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs isə törətdiyi əmələ görə peşman olduğunu bildirib.

 

Məhkəmənin qərarı ilə A.A. ömürlük həbs cəzasına məhkum olunub./Milli.Az

Tarix: 16 May 2025, 19:06   
Xəbər lenti
Çox oxunanlar