Milli Qvardiyanın keçmiş komandiri, Qarabağ savaşının qəhrəmanlarından olan polkovnik Əzizağa Süleymanov yaranmasının 26-cı ili yaxınlaşan Milli Qvardiyada 90-cı illərin əvvəllərində baş verən bəzi müəmmalaı olaylarla zəngin sirr pərdəsini qaldırmağa çalışıb:
"25 dekabr 1993-cü il yaxınlaşırdı. 25 dekabr 1993-cü il tarixində Milli Qvardiyanın yaranmasının 3-ci il dönümü olacaqdı. 23 avqust 1993-cü il tarixində ölkə başçısının 734 saylı fərmanı ilə general Vaqif Axundovun idarə etdiyi Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarının Mühafizə İdarəsi Azərbaycan Respublikasının Milli Qvardiyasının bazasında birləşərək baş idarəyə çevrilmişdi. Baş idarənin rəisi vəzifəsinə general-mayor Vaqif Axundov ölkə başçısının fərmanı ilə təyin edilmişdi. Ölkə prezidentinin fərmanına əsasən Milli Qvardiyada struktur dəyşikliyi baş vermiş, alay sistemi ləğv edilərək 3 tabor sistemində formalaşmışdı. Olkə başçısının daha bir sərəncamı əsasında Vaqif Axundovun müavini polkovnik Tofiq Rəsulov Milli Qvardiya komandanı vəzifəsinə təyin edilmişdi. Yeni komandanın hərbi sahədə o qədər də təcürbəsi yox idi. Ona görə də ilk gündən xidmətlə bağlı ağırlıq mənim çiynimdə idi. Mən də birinci taborun komandiri olaraq Milli Qvardiya komandan müavini statusuna malik idim.
25 dekabr 1993-cü il tarixinə bir neçə gün qalmış bir dəstə qvardiyaçı mənə yaxınlaşaraq Milli Qvardiyanın yaranmasının 3-cü il dönümünü qeyd etmək təşəbbüsü ilə Milli Qvardiya komandanı qarşısında məsələ qaldırmağımı xahiş etmişdilər. Mən də bu təşəbbüslə bir neçə zabitlə birlikdə Milli Qvardiyanın qərargah rəisi Tariyel Nəsirovun yanında Milli Qvardiya komandanı polkovnik Tofiq Rəsulova müraciət etmişdim. Tofiq Rəsulov "generalla məsləhətləşim, sonra bir söz deyərəm" deyə bizə bildirmişdi. Hər axşam komandan Tofiq Rəsulov baş idarəyə gedərək baş idarənin rəisi Vaqif Axundova Milli Qvardiyaçıların iş fəaliyyəti ilə bağlı məruzə edirdi. Səhəri günü Tofiq Rəsulov bütün bölük komandirlərini, o cümlədən tabor komandirləri və komandanlıqda olan zabitləri kabinetinə dəvət etmişdi. Adədən ölkə başçısının xarici səfərləri ərafəsində Mill Qvardiya komandanın kabinetində komandir heyətinin toplantısı keçirilirdi. 19 dekabr tarixində ölkə prezidenti Heydər Əliyev Fransa prezidenti Fransua Mitteranın rəsmi dəvəti ilə Parisə getməli idi. Komandan bu səfərlə bağlı komandir heyətinə göstərişlərini verəndən sonra, bizə rəsmi olaraq Baş idarə rəisi general Vaqif Axundovun adından xəbərdarlıq etmişdi ki, o, bu il Milli Qvardiyanın yaranmasının il dönümünü rəsmi şəkildə qeyd etməyi qəti qadağan etdi. General göstəriş verdi ki, özünüz daxili toplanış keçirib şəxsi heyəti təbrik edin. Komandan zabit heyətinin yanında mənə göstəriş verdi ki, bütün şəxsi heyətə çatdır, kim özbaşınalıq edib qvardiyaçıları başına yığsa və hardasa tədbir keçirsə, dərhal işdən qovulacaq. Kim Milli Qvardiyanın il dönümünü qeyd etmək istəyirsə, getsin evində keçirsin. O, əlavə olaraq vuruğuladı ki, general xüsusi olaraq tapşırdı ki, artıq 25 dekabr 1991-ci il tarixində keçmiş prezident Ayaz Mütəlibovun Milli Qvardianın yaradılması barəsində verdiyi 524 saylı fərman 23 avqust 1993-cü il tarixindən qüvədən düşüb. Milli Qvardiya ölkə prezidenti Heydər Əliyevin 734 saylı fərmanı ilə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin tərkibinə verilib. Biz də komandanın rəisin adından verdiyi bu göstərişi şəxsi heyətə çatdırdıq. Komandan bizə bildirdi ki, bundan sonra ölkə prezidentinin 734 saylı fərmanına əsasən hər il 23 avqust tarixində Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsində yaranış günü bayram şəklində qeyd ediləcək.
Baş idarə rəisinin göstərişinə əsasən Qvardiyanın yaranış gününə bir neçə gün qalmış Milli Qvardiyanın klubunda komandanın iştirakı ilə toplantı keçirib şəxsi heyəti Milli Qvardiyanın yaranmasının 3-cü il dönümü münasibəti ilə təbrik etdik. Səhərisi günü Binə hava limanına gedib ölkə başçısını xarici səfərə yola saldıq.
Bu ərəfədə Daxili İşlər Nazirliyinin tabeçiliyində olan Xüsusi təyinatlı OMON dəstəsinin yaradılmasının 4-cü ildönümü münasibəti ilə Xətai rayonunun ərazisində Fəhlə prospektində yerləşən respublikanın mədəniyət saraylarının birində təntənəli sürətdə toplantı təşkil edilməli idi. Xüsusi Təyinatlı “OMON” dəstəsinin ildönümü tədbirinə OMON rəhbərliyi tərəfindən Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanının Baş Mühafizə İdarəsinin rəisi general-mayor Vaqif Axundov və Milli Qvardiyanın komandanı polkovnik Tofiq Rəsulov da dəvət edilmişdi. Dəvətnamələri Milli Qvardiya komandanının arxa cəbhə üzrə müavini Elmar Hüseynov gətirmişdi. Vaqif Axundovun Laçınlılarla qohumluq əlaqəsi var idi. OMON-a rəhbərlik edən DİN-müavini Rövşən Cavadov da əslən Laçın rayonundan idi. Rövşən Cavadovla Vaqif Axundov arasında isti münasibətlərin olması Ayaz Mütəllibovun prezidentlik dövründən bizə məlum idi. Həm də keçmiş daxili işlər naziri İsgəndər Həmidovun köməkçisi Rəhman Musayevlə Vaqif Axundov arasında, sonradan isə Rövşən Cavadovun Rəhman Musayev arasında baş verən məlum müqaişə səbəblərindən Vaqif Axundovda Rövşən Cavadava qarşı müsbət rəğbət oyatmışdı. Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi rəisi general-mayor Vaqif Axundov ölkə başçısı Heydər Əliyevin icazəsi olmadan Xüsusi təyinatlı OMON dəstəsinin tədbirinə qatıla bilmədiyi üçün tədbirə birinci müavini Milli Qvardiya komandanı Tofiq Rəsulovun getməsini məsləhət görmüşdü. Mən bu xəbəri eşidəndə Milli Qvardiya komandanı Tofiq Rəsulova söyləmişdim ki, ölkə rəhbərliyinə qarşı OMON komandirinin daxili siyasi baxışlarını nəzərə alıb indiki siyasi şəraitdə mərasim toplantısına getməsin. Bizim OMON dəstəsinin rəhbərliyinin ölkə rəhbərinə qarşı yaxşı münasibətdə olmadıqlarından xəbərimiz var idi. Milli Qvardiyanın tərkibində vaxtı ilə OMON dəstəsində xidmət eib ermənilərə qarşı ağır döyüşlərdə iştirak edən döyüşçülər də xidmət edirdi. Milli Qvardiyada xidmət edən bəzi qvardiyaçılarda Milli Qvardiyanın tərkibində baş verən sturuktur dəyşikliyindən sonra xidmətlərini davam etdirmək üçün xüsusi təyinatlı OMON dəstəsinə keçmişdilər. Onlarla tez-tez görüşürdük. OMON dəstəsinin daxilində baş verən çaxnaşmalardan məlumatlı idik. OMON dəstəsinə birbaşa rəhbərlik edən polkovnik Rövşən Cavadovun daxili işlər naziri təyin edilməyəcəyini görən omonçuların çoxu OMON-un sıralarından çıxb getmişdilər. OMON sıralarından çıxıb gedənlərin əksəriyyəti də keçmiş döyüşçülər idi. Keçmiş Dağlıq Qarabağ döyüşçülərinin az bir hissəsi OMON-un tərkibində qalmışdı. OMON dəstəsinin ölkə daxilində baş verən siyasi çəkişmələrdə oynadığı oyunlar həmin dəstəsinin üzvləri ilə bağlı deyildi. Bu OMON-a rəhbərlik edən şəxslərin oyunu idi. Rövşən Cavadov respublikada tanınmış ziyali ailəsində anadan olmuşdu. Respublika daxilində atası Bəxtiyar Cavadov xüsusi çəkiyə malik bir el ağsaqqalı sayılırdı. Xüsusən Qarabağ, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl zonasından olan insanlar ona xüsusi rəğbət göstərirdilər. OMON-un yeni üzvlərinin əksəriyəti bu zonadan olan insanlar idi. Rövşən Cavadov gənclik dövründən dəliqanlı cavanlardan sayılırdı. Heç kimə sirr deyildi ki, Sovet hakimiyyəti dövründə atası prokuror olan bir şəxs respublika daxilində tanınırdı. O zamanlar Bakı şəhərində hər rayonun ali məktəblərdə təhsil alan tələbələrinin şəhərinin müəyyən yerində toplaşdıqları məkan var idi. Şamaxılılar, Ağdamlılar, Gəncəlilər, Qubalılar, Lənkaranlılar və sairə. Tələbələr arasında baş verən bəzi "razborka"lar bölgələrdən olan dəstə başçıları səviyəsində aparılırdı. Mən də öz bölgəmdən dəstə başçısı olmasam da yaşımın az olmasına baxmayaraq hərdən özümdən yaşca böyük həmyerlilərimin yanında olub razborkalarda iştirak edirdim. Oradan da Rövşən Cavadovu tanıyırdım. Cüssəli idmançı uca boylu qorxmaz bir gənc idi. Onu da qeyd edim ki, Rövşənin Şamaxılılara xüsusi hörməti var idi. Rövşən Cavadov da məni tanıyırdı. 28 iyun 1992-ci il tarixində Füzuli rayonunun ərazisində erməni döyüşçülərinə qarşı gedən döyüşlərdə bir yerdə olmuşduq. Çaxır zavodunun yanında gedən döyüşlərdə qvardiyaçılar OMON-çuların ermənilərin mühasirəsindən çıxmasında yaxından köməklik göstərmişdi. Bütün bunlara baxmayaraq Milli Qvardiyada xidmət edən mənimlə həmfikir olan zabitlər OMON-un rəhbərliyi ölkə rəhbərliyinə sadiq olacağına inanmırdı. Biz bunu dövlət çevrişlərində, xüsusən də Gəncə hadisələri zamanı əyani görmüşdük. Görünən dağa bələdçi lazım deyildi. Bu baxımdanda Milli Qvardiya komandanı polkovnik Tofiq Rəsulova OMON-un il tədbiri toplantısına getməsini məsləhət bilməmişdim. Tofiq Rəsulov mənim xahişımi nəzərə alaraq OMON-çuların mərasim toplantısına getməmiş, Arxa cəbhə üzrə müavini olan mayor Hüseynovu Elmar Knyaz oğlunu göndərmişdi.
Xüsusi Təyinatlı “OMON” dəstəsinin ildönümü tədbirində Omon dəstəsinin rəhbərliyi tərəfindən bir növ ölkə başçısına dolayısı ilə toplantıda müskul nümayiş etdirilmişdi. Omonun toplantısı barədə böyük həyatı təcürbəyə malik olan ölkə prezidenti Heydər Əliyevi məlumatdandırmışdılar. Omon komandiri Rövşən Cavadovun respublikanın baş naziri olan ölkə üçün hələ də ən təhlükəli qüvvə kimi qalan Sürət Hüseynovla yaxın münasibətdə olması heç kimə sirr deyildi. Bizə o da məlum idi ki, 4 iyun 1993-cü il tarixində Gəncə şəhərində MTN-nin keçirdiyi əməliyyat zamanı Sürət Hüseynov 4 iyun tarixində səhər saatlarında evində MTN-çilər və Omon dəstəsi üzvüləri tərəfindən həbs edilərkən məhz orada olan Omon komandirinin müdaxiləsindən sonra sərbəst buraxılmışdı. Əlbəttə, Omona rəhbərlik edən Rövşən Cavadovun xəbəri olmadan Gəncəyə göndərilən Omon qrupunun komandiri belə bir qərar verə bilməzdi. Bununla da Gəncə hadisələrinə start verlmişdi. İndi də ölkənin ağır bir vaxtında siyasi ambisyasını cilovlaya bilməyən Rövşən Cavadov yenidən ölkə rəhbərliyinə təzyiq etmək yolunu seçmişdi. Bunlar Heydər Əliyevə məlum idi. Onu da xatırlatmaq yerinə düşər ki, Milli Qvardiyanın Vaqif Axundovun tabeçiliyində olmasına baxmayaraq prezidentin yaxın qohumu, Baş nazirin müavini Rafiq Xələfovun nəzarəti altında idi. Milli Qvardiya komandanı təyin edilmiş polkovnik Tofiq Rəsulov yaxın münasibətdə olduğu Respublika Baş nazirinin müavini Rafiq Xələfovu şəxsən məlumatlandırırdı. Mən belə görüşlərin bir neçə dəfə iştirakçısı olmuşdum. Tofiq Rəsulov mənə inanır və güvənrdi deyə Rafiq Xələfovla məni tanış etmişdi. Həmin görüşlərin birində, yəni ölkə prezidentinin Fransa səfəri ərafəsində Rafiq Xələfov Milli Qvardiyaya gəlmişdi. Komandan da məni kabinetinə dəvət etmişdi. Komandanın kabinetində Rafiq Xələfovla görüşəndə Rafiq müəllim mənə "gəl burada əyləş" deyə yer göstərmişdi. Omonla bağlı sənin fikirini öyrənmək istəyirəm deyə komandanın yanında mənə sual verərək soruşmuşdu ki, OMON-la bağlı yaranmış vəziyyətdən yəqin ki, xəbərdarsan. Bununla bağlı komandir olaraq nə deyə bilərsən. Dedim ki, Milli Qvardiya həmişə dövlətinə və dövlət başçısına sadiq olub. Bu gün də sadiqlik daha əzmli davam edir. Ölkə rəhbərliyi ilə Omon komandiri arasında yaranmış gərginliyi biz də hiss edirik. Bir neçə gün bundan öncə Omon dəstəsinin ildönümü toplantısından da məlumatlıyıq. Milli Qvardiyanın yaranmasının 3-cü il dönümü də 25 dekabr tarixinə düşür. Biz də bu bayramı rəsmi olaraq dövlət səviyyəsində qeyd edə bilsək yerinə düşər. Həm ölkə daxilində sabitliyi pozmaq istəyən bəzi qüvvələr də hiss edər ki, Prezidentin inandığı silahlı dəstə dövlətçiliyi müdafiə etmək qüvvəsindədir. Rafiq müəllim komandandan soruşdu ki, nədir çətinliyiniz? Milli Qvardiyanın il dönümünü niyə keçirmirsiniz? Komandan da dedi ki, Qvardiyanın ildönümünü qeyd etmək üçün rəhbərliyin göstərişi olmalıdır. Rafiq Xələfov komandana baxıb bir qədər fikirləşəndən sonra dedi ki, Siz hazırlaşın. Mən prezidentlə bu barədə danışaram. Bundan sonra komandan Rafiq Xələfovu yola salmaq üçün kabinetindən çıxanda mənə əli ilə "sus" işarəsini verib qvardiyanın həyətinə düşdü. Rafiq Xalafovu yola salıb qaydanda mənə dedi ki, sənin başının qiyməti yoxdur. Ona görə sənə paxıllıq edənlər çoxdur. İsdədiyinə nail oldun. Bu barədə heç yerdə bir kəlmə də danışma, yoxsa Vaqif Axundov bilsə ki, Qvardiyanın ildönümünü keçirmək məsələsi səndən qaynaqlanıb, vay halına. İkimizdən də qisas alar. O, çox kinli adamdır. Sağ ol ki, məni OMON-un ildönümündə iştirak etməyə qoymadın..."Moderator.az
17 Oktyabr 09:13
17 Oktyabr 09:08
17 Oktyabr 08:55
17 Oktyabr 08:53
17 Oktyabr 04:11
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
16 Oktyabr 17:12
16 Oktyabr 17:02
16 Oktyabr 17:01
16 Oktyabr 16:50
16 Oktyabr 16:43
16 Oktyabr 16:32
16 Oktyabr 16:29
16 Oktyabr 16:23
16 Oktyabr 16:17
16 Oktyabr 16:15
16 Oktyabr 16:13
16 Oktyabr 16:08
16 Oktyabr 15:57
16 Oktyabr 15:55
16 Oktyabr 15:47
16 Oktyabr 15:45
16 Oktyabr 15:37
16 Oktyabr 15:30
16 Oktyabr 15:29
16 Oktyabr 15:21
16 Oktyabr 15:18
16 Oktyabr 15:05
16 Oktyabr 15:02
16 Oktyabr 14:55
16 Oktyabr 14:49
16 Oktyabr 14:45
16 Oktyabr 14:41
16 Oktyabr 14:27
16 Oktyabr 14:20
16 Oktyabr 14:19
16 Oktyabr 14:17
16 Oktyabr 14:11
16 Oktyabr 14:03
16 Oktyabr 13:54
16 Oktyabr 13:38
16 Oktyabr 13:30
16 Oktyabr 13:19
16 Oktyabr 13:14
16 Oktyabr 13:12
16 Oktyabr 13:09
16 Oktyabr 13:08
16 Oktyabr 12:59
16 Oktyabr 12:58
16 Oktyabr 12:54
16 Oktyabr 12:52
16 Oktyabr 12:48
16 Oktyabr 12:45
16 Oktyabr 12:41
16 Oktyabr 12:32
16 Oktyabr 12:27
16 Oktyabr 12:21
16 Oktyabr 12:12
16 Oktyabr 12:11
16 Oktyabr 12:10
16 Oktyabr 12:06
16 Oktyabr 12:04
16 Oktyabr 12:00
16 Oktyabr 11:48
16 Oktyabr 11:44
16 Oktyabr 11:42
16 Oktyabr 11:41
16 Oktyabr 11:38
16 Oktyabr 11:35
16 Oktyabr 11:35
16 Oktyabr 11:32
16 Oktyabr 11:31
16 Oktyabr 11:29
16 Oktyabr 11:27
16 Oktyabr 11:26
16 Oktyabr 11:23
16 Oktyabr 11:21
16 Oktyabr 11:21
16 Oktyabr 11:18
16 Oktyabr 11:13
16 Oktyabr 11:12
16 Oktyabr 11:09
16 Oktyabr 11:07
16 Oktyabr 11:01
16 Oktyabr 10:59
16 Oktyabr 10:49
16 Oktyabr 10:42
16 Oktyabr 10:35
16 Oktyabr 10:25
16 Oktyabr 10:18
16 Oktyabr 10:14
16 Oktyabr 10:08
16 Oktyabr 10:07
16 Oktyabr 09:48
16 Oktyabr 09:38
16 Oktyabr 09:32
16 Oktyabr 09:22
16 Oktyabr 09:20
16 Oktyabr 09:17
16 Oktyabr 09:12
16 Oktyabr 09:06
16 Oktyabr 08:50
16 Oktyabr 08:47
16 Oktyabr 08:45
16 Oktyabr 08:38
16 Oktyabr 08:28
16 Oktyabr 08:25
16 Oktyabr 07:55
16 Oktyabr 07:50
16 Oktyabr 07:48
16 Oktyabr 06:42
16 Oktyabr 06:41
16 Oktyabr 06:39
16 Oktyabr 00:47
15 Oktyabr 23:36
15 Oktyabr 21:51
15 Oktyabr 21:43
15 Oktyabr 21:40
15 Oktyabr 21:36
15 Oktyabr 21:19
15 Oktyabr 21:15
15 Oktyabr 20:18
15 Oktyabr 18:57
15 Oktyabr 18:53
15 Oktyabr 18:49
15 Oktyabr 18:44
15 Oktyabr 18:37
15 Oktyabr 18:33
Ən son xəbərləri səhifəmizdən də izləyin