““Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında Azərbaycan Prezidenti mübaliğəsiz olaraq ən arzuedilən qonaq idi. Prezident İlham Əliyev Zirvə toplantısında öz davranışları ilə bu gün lider qıtlığı yaşayan Avropada və dünyada əsl liderin necə olmasını nümayiş etdirdi. Şübhəsiz ki, bu davranış həm də əməli fəaliyyətə əsaslanır. Hazırda çox mürəkkəb nüanslardan keçən dünyanın onu xilas edəcək liderlərə ehtiyacı var. Ancaq bu liderlərin də dünyada qəbul olunmuş dəyərlər, beynəlxalq hüquq əsasında qətiyyətli, cəsarətli addımlar atmaq bacarıqları lazımdır. Hər kəslə açıq dialoq aparıb prinsipial mövqe nümayiş etdirmək, dəyişməz, ardıcıl mövqe nümayiş etdirmək vacibdir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

“Şübhəsiz ki, Avropa Siyasi Birliyi ilə Azərbaycanın əlaqələri çox yüksək səviyyədə qurulub. Ancaq Avropa İttifaqı Azərbaycanla münasibətdə çox böyük yanlışlara yol verdi. Bu, Ermənistan-Azərbaycan müharibəsindən sonra Azərbaycanın beynəlxalq hüquqa əsaslanan, öz ərazi bütövlüyünü tanımaqda avropalıların lazımi addımlar atmamaları ilə əlaqədar idi. Onlar işğalçı bir dövlətin yanında duraraq onu dəstəklədilər, Ermənistana “monitorinq” missiyası göndərdilər, Avropa Şurasında Azərbaycana qarşı təzyiqlər etdilər, Fransanın başını çəkdiyi radikal Aİ üzvləri Ermənistanı silahlandırmağa başladılar və s. Ötən müddətdən sonra aydın oldu ki, Azərbaycanın mövqeyini qəbul etmək lazımdır. Çünki o, Avropa dəyərlərinə, beynəlxalq hüquqa uyğun addım atıb. Azərbaycan əməli fəaliyyətində əslində Avropanın hər mənada təhlükəsizliyinə - həm enerji təhlükəsizliyi, həm iqtisadi maraqları, həm də gələcək perspektivləri baxımından təhlükəsizliyinə böyük töhfələr verə bilən ölkədir. Buna görə də “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı Avropa İttifaqının Azərbaycana münasibətdə öz mövqeyini müsbət mənada dəyişməsi ilə yadda qaldı. Çünki Avropa İttifaqı Şurasının Prezidenti və Aİ Komissiyasının Prezidenti ilə Azərbaycan Prezidenti görüşdü. Bu görüşlərin hər birində Azərbaycan Prezidentinə ünvanlanan həsədli, qibtəedici baxışları gördük. Yəni Avropanın təxribatçı addımlar atmasına baxmayaraq Azərbaycan Prezidenti böyük siyasi yetkinliklə o addımlara cavab verdi. Heç vaxt Aİ ilə münasibətlərin pozulması üçün fürsətlər yaratmadı. Bu isə Aİ tərəfindən dərk edilməkdədir. Xüsusilə, Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidentinə yaxınlaşaraq onunla səmimi davranması bu kontekstdə ən bariz nümunə idi. Çünki Azərbaycana qarşı ən radikal mövqedən çıxış edən Avropa ölkəsi məhz Fransa idi. Şübhəsiz ki, bu, Azərbaycan Prezidentinin haqlı mövqeyinin elə Fransa tərəfindən də qəbul edilməsi idi. Qürurverici hadisədir ki, Prezident İlham Əliyev milli dövlətimizi ən yüksək səviyyədə yenidən təqdim etməklə Azərbaycanın nə qədər böyük potensiala malik ölkə olduğunu nümayiş etdirdi. Bu, hər birimizdə böyük qürur hissi yaratdı” - deputat bildirib.
Aytəkin Qardaşova
16 Aprel 01:02
16 Aprel 00:29
16 Aprel 00:22
16 Aprel 00:12
15 Aprel 23:54
15 Aprel 22:21
15 Aprel 22:17
15 Aprel 21:18
15 Aprel 20:33
15 Aprel 20:32
15 Aprel 20:10
15 Aprel 19:24
15 Aprel 18:24
15 Aprel 18:15
15 Aprel 17:58
15 Aprel 17:27
15 Aprel 17:18
15 Aprel 17:06
15 Aprel 16:50
15 Aprel 16:47
15 Aprel 16:38
15 Aprel 16:14
15 Aprel 15:52
15 Aprel 15:23
15 Aprel 15:21
15 Aprel 15:18
15 Aprel 15:05
15 Aprel 14:52
15 Aprel 14:27
15 Aprel 14:24
15 Aprel 14:21
15 Aprel 14:20
15 Aprel 14:16
15 Aprel 14:15
15 Aprel 14:09
15 Aprel 14:06
15 Aprel 13:30
15 Aprel 13:29
15 Aprel 13:28
15 Aprel 13:12
15 Aprel 12:37
15 Aprel 12:15
15 Aprel 12:13
15 Aprel 11:55
15 Aprel 11:47
15 Aprel 11:35
15 Aprel 11:35
15 Aprel 10:54
15 Aprel 10:50
15 Aprel 10:02
15 Aprel 09:27
15 Aprel 09:18
15 Aprel 09:00
15 Aprel 08:57
15 Aprel 08:55
15 Aprel 08:55
15 Aprel 08:54
15 Aprel 08:53
15 Aprel 08:19
15 Aprel 08:16
15 Aprel 08:08
15 Aprel 08:04
15 Aprel 01:37
15 Aprel 01:35
14 Aprel 22:35
14 Aprel 22:11
14 Aprel 21:55
14 Aprel 20:25
14 Aprel 20:18
14 Aprel 19:12
14 Aprel 18:29
14 Aprel 18:25
14 Aprel 18:23
14 Aprel 18:19
14 Aprel 18:06
14 Aprel 17:59
14 Aprel 17:40
14 Aprel 17:37
14 Aprel 17:35
14 Aprel 17:28
14 Aprel 17:23
14 Aprel 17:12
14 Aprel 17:07
14 Aprel 17:04
14 Aprel 16:58
14 Aprel 16:38
14 Aprel 16:35
14 Aprel 16:34
14 Aprel 16:25
14 Aprel 16:10
14 Aprel 16:05
14 Aprel 15:37
14 Aprel 15:31
14 Aprel 14:54
14 Aprel 14:52
14 Aprel 14:52
14 Aprel 14:02
14 Aprel 14:00
14 Aprel 13:33
14 Aprel 13:30
14 Aprel 13:08
14 Aprel 13:07
14 Aprel 13:05
14 Aprel 13:04
14 Aprel 13:02
14 Aprel 12:56
14 Aprel 12:52
14 Aprel 12:48
14 Aprel 12:18
14 Aprel 12:09
14 Aprel 12:08
14 Aprel 12:05
14 Aprel 11:59
14 Aprel 11:52
14 Aprel 11:35
14 Aprel 11:13
14 Aprel 10:53
14 Aprel 10:48
14 Aprel 10:26
14 Aprel 10:25
14 Aprel 10:14
14 Aprel 10:07
14 Aprel 09:53
14 Aprel 09:49
14 Aprel 09:38
14 Aprel 09:37
14 Aprel 09:35
14 Aprel 09:33
14 Aprel 09:31
14 Aprel 09:28
14 Aprel 09:28
14 Aprel 09:26
14 Aprel 09:22
14 Aprel 09:03
14 Aprel 09:00
14 Aprel 08:55
14 Aprel 08:52
14 Aprel 01:55
14 Aprel 01:37
14 Aprel 00:21
14 Aprel 00:18
13 Aprel 23:21
13 Aprel 23:17
13 Aprel 22:02
13 Aprel 21:11
13 Aprel 21:08
13 Aprel 21:06
13 Aprel 19:47
13 Aprel 19:04
13 Aprel 18:36
Ən son xəbərləri səhifəmizdən də izləyin