BURADA REKLAMINIZ OLA
BİLƏR

Doğuş zamanı körpənin ölümünə səbəb olan həkim yenidən məhkəmə qarşısında

Səhlənkarlıqda təqsirləndirilən Arzu Bədəlovanın barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmədə araşdırılacaq.

 

Qeyd: Hadisə 04 yanvar 2022-ci il tarixdə Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

 

Belə ki, rayon sakini A.Orucəliyeva gecə saat 3 radələrində xəstəxanaya daxil olub. Günorta saat 14 radələrində isə körpə ölü doğulub.

 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi əsasında, doğuşu həyata keçirən həmin xəstəxananın həkim-ginekoloqu Arzu Bədəlova istintaqa cəlb olunub.

 

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Abşeron Rayon Məhkəməsinin çıxardığı 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəza hökmü dəyişdirilib. Belə ki, ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Ali Məhkəmədə elan edilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.

 

Kamal Məmmədov

 

 

Tarix: 19 May 2025, 08:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin