BURADA REKLAMINIZ OLA
BİLƏR

Kioskun qarşısında müştərini döyən şəxsə hökm oxundu

Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Vahid Quliyevin (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

 

İttihama görə, hadisə bu ilin əvvəlində saat 04:40 radələrində Sumqayıt şəhəri, Nərimanov küçəsi, 1-ci mikrorayon, "Euroluxe" marketin qarşısında yerləşən kioskun yanında qeydə alınıb.

 

Belə ki, həmin kioskda satıcı işləyən Vahid Quliyev müştəri, zərərçəkmiş Kərəm Bədirovla (ad, soyadı şərtidir) mübahisə edib. Buna səbəb isə müştərinin aldığı enerji içkisinin pulunu avtomobildə ödəyə biləcəyini, təqsirləndirilən şəxsin də maşına yaxınlaşmasını istəməsi olub. Bu zaman o, zərərçəkmiş şəxsin döş qəfəsinin yumruq zərbəsi vurub.

 

Hadisədən sonra Vahid Quliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Məhkəmədə həmin şəxslərin barışdığı elan edilib.

 

Kamal Məmmədov

Tarix: 19 May 2025, 08:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin