BURADA REKLAMINIZ OLA
BİLƏR

Qardaşını döyən şəxsə hökm oxundu

Tovuz Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Xıdır Məmmədovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hünmətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə cinayət məsuliyyətindən azad edilib, onun barəsində olan cinayət təqibinə və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilib.

 

İttihama görə, hadisə 25 aprel 2025-ci il tarixdə, saat 07 radələrində aralarında Tovuz rayonunda qeydə alınıb.

 

Belə ki, Xıdır Məmmədov sərxoş vəziyyətində olan qardaşı Qulam Məmmədovla (ad, soyadı şərtidir) mübahisə edib. Bu zaman o, yumruqla qardaşının sifət nahiyəsinə bir dəfə vuraraq, ona yüngül zərər yetirib.

 

Hadisədən sonra Xıdır Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 19 May 2025, 08:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin