BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə oğlunu döyən, arvadına əzab verən şəxslə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada, əzab vermədə və zorlamada təqsirləndirilən İlqar Qafarovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, İlqar Qafarov 15 sentyabr 2023-cü il tarixdə, təxminən saat 13 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonunda yerləşən evdə olarkən mübahisə zamanı oğlu, 2013-cü il təvəllüdlü N.N.-i (ad, soyadı şərtidir) qəsdən vuraraq ona qəsdən sağlamlığına yüngül zərər yetirib.

 

Bundan başqa, təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonunda yerləşən evdə 2023-cü ilin sentyabr, oktyabr və noyabr aylarında müxtəlif vaxtlarda boşandığı arvadı, zərərçəkmiş M.M.-i (ad, soyadı şərtidir) mütəmadi olaraq döyüb və ya sair zorakı hərəkətlər edib. O, qadına güclü fiziki ağrı və ya psixi iztirablar, əzab verib.

 

Həmçinin İlqar 21 noyabr 2023-cü il tarixdə, təxminən saat 09 radələrində yaşadığı evdə qadının əllərindən, ayaqlarından və bədənindən tutub yapışmaqla, müqavimətini zəiflədərək ayrı-ayrılıqda sağlamlığa xəsarətləri yetirib, eyni zamanda zor tətbiq etməklə zərərçəkmişlə ilə cinsi əlaqədə olub, yəni zorlayıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Tarix: 20 May 2025, 08:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin