BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan-Gürcüstan sərhədində silahlı insident – yaralanan var

Dekabrın 6-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Şəmkir sərhəd dəstəsinin “Cey­rançöl” adlanan ərazinin yaxınlığındakı sərhəd zastavasının xid­məti ərazisində 1 nəfər çobanın qoyun sürüsü ilə Azərbaycan ərazisinə keçməsi müşahidə olunub.

 

Bu barədə Pravda.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

 

Sərhəd naryadı tərəfindən qoyun sürüsü ərazidən çıxarılarkən sürünü qoruyan 10-a qədər it sərhəd naryadına hücum etmişdir. Sərhəd naryadı həyatına təhlükə yaranması ilə əlaqədar havaya xəbərdarlıq atəşi açmış, nəticə olmadığına görə itlərə qarşı silah tətbiq etmişdir.

 

Bundan sonra sərhəd naryadı sürünün çobanının öz atının yanında yerdə uzanmasını müşahidə etmiş, ona yaxınlaşdığı zaman isə həmin şəxsin baş nahiyəsində sıyrılmış yaranın olmasını aşkar etmişdir.

 

Sərhəd naryadı tərəfindən dərhal ona ilkin tibbi yardım göstərilmiş və yaxınlıqdakı tibb müəssisəsinə təxliyəsi təşkil olunmuşdur. Hazırda səhhəti qənaətbəxşdir.

 

Həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilmiş, onun Gürcüstan vətəndaşı, Saqareco rayonunun Ləmbəli kənd sakini 1993-cü il təvəllüdlü Bəşirov Ramin Nizami oğlu olması müəyyənləşdirilmişdir.

 

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov əraziyə ezam olunmuş, sərhəd nümayəndələri səviyyəsində Gürcüstan sərhədçiləri ilə işçi görüş keçirilmişdir.

 

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən müvafiq araşdırma aparılır.

Tarix: 11 Dekabr 2019, 09:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin