BURADA REKLAMINIZ OLA
BİLƏR

“İndi gedin sizi 10 minlər verdiyiniz müğənnilər, idmançılar müalicə eləsin” - Həkim

"Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 33 həkim COVID-19-a yoluxub”.

Pravda.az-ın xəbərinə görə, bunu açıqlamasında ATU-nun mətbuat kabiti Günel Aslanova deyib.

O bildirib ki, həkimlərdən 27 nəfərin müalicəsi hazırda davam etdirilir: “6 nəfər evə buraxılıb. Onlardan 21-i reanimasiya şöbəsinin həkimidir. Hazırda müalicə alanlardan 6-nın vəziyyəti ağır, 15-i orta-ağır, digər 6 nəfərin isə vəziyyəti yüngüldür. Onlar öz həkimlərimiz tərəfindən müallicə olunurlar”.

ATU Cərrahiyyə Klinikasının həkimi Etibar Abbasov məsələ ilə bağlı öz Feysbuk səhifəsində status yazıb:

“ATU Tədris Cərrahiyyə klinikasının Reanimasiya şöbəsinin mən də daxil olmaqla 21 personalı COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Biz tükənmişik deyəndə siz zarafat sanırdınız. Artıq reanimasyon xəstələrə baxan bir personal yoxdur. İndi gedin sizi hər uğurunda 100000lər alan idmançılar, toyunuza “əşi bir dəfə toy edirik” təsəllisi ilə 10000lər verib çağırdığınız müğənnilər və bu kimi sağlamlığınıza qıymadığınız pulu çox rahatlıqla aparıb verdiyiniz insanlar müalicə etsin.

(P.s: Dərdimiz nə puldu nə də başqa maddi bir şey. sizlərdən hansısa dəyər gözləməkdən də keçmişik. Sadəcə danışanda başınızdan böyük sözlər danışmıyın. Özünüzü qoruyun, Allaha əmanət olun.)”

Fotoları təqdim edirik
Tarix: 8 İyul 2020, 14:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin