BURADA REKLAMINIZ OLA
BİLƏR

Ata traktorla qızını əzib öldürdü

Türkiyədə ata traktorla azyaşlı qızını öldürüb. Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bursanın İnegöl qəsəbəsində baş verib.

 

38 yaşlı Mehmet Bayrak ailəsini traktora mindirərək tarlaya gedib. Şumlama zamanı texnikanı geriyə hərəkət etdirib və bu zaman tarlada gəzən 7 yaşlı qızı Nur Bayrakı görməyib. Nəticədə azyaşlı qız traktorun altında əzilib. Başından ağır xəsarət alan qızcığaz xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisədən şoka düşən Mehmet Bayrak isə qızının əməliyyat olunduğu otağın qarşısında infarkt keçirib.

Tarix: 21 May 2025, 20:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin