BURADA REKLAMINIZ OLA
BİLƏR

Karbonhidrat nədir?

Karbonhidratlar bədənin enerji ehtiyacını qarşılamağı hədəf qoyan, karbon, hidrogen və oksigen atomlarından ibarət olan üzvi birləşmələrdir. Şəkər, nişasta və lif şəklində tapılır və həzm olunduqda qlükoza çevrilir. Qlükoza qan vasitəsilə hüceyrələrə daşınır və enerji istehsalında istifadə olunur.

 

Pravda.az bildirir ki, karbonhidrat çatışmazlığı yorğunluq, başgicəllənmə və konsentrasiya çətinliklərinə səbəb ola bilər, həddindən artıq istehlakı isə çəki artımı və qan şəkəri dalğalanmalarına yol aça bilər.

 

Karbonhidrat tərkibli qidalar:

 

Taxıllar: Çörək, düyü, makaron, yulaf, buğda, qarğıdalı

 

Tərəvəzlər: Kartof, yerkökü, qarğıdalı , yaşıl noxud

 

Meyvələr: Banan, alma, üzüm, portağal, incir

 

Süd məhsulları: Süd, qatıq

 

Şəkərli qidalar: Bal, mürəbbə, şirniyyatlar

 

Quru meyvələr: Quru üzüm, xurma, qaysı

 

Karbonhidratların faydaları:

 

Enerji istehsalı üçün əsas mənbədir.

 

İmmunitet sistemini dəstəkləyir və bağırsaq sağlamlığını yaxşılaşdırır.

 

Beyin və əzələlər üçün vacibdir.

 

Çoxlu karbonhidrat istehlakı:

 

Hədsiz karbonhidrat istifadəsi, xüsusən rafinə olunmuş şəkər və qidalar, kökəlməyə, insulin müqavimətinə və şəkərli diabet riskinin artmasına səbəb ola bilər. Buna görə də karbonhidratların növü və miqdarı balanslı şəkildə istehlak edilməlidir.

 

Əminə Bayramova

Tarix: 22 May 2025, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin