BURADA REKLAMINIZ OLA
BİLƏR

Jurnalistə vəzifə verildi

Jurnalist Natiq Pənahlı Dövlət Məşğulluq Agentliyində vəzifəyə təyin olunub.

 

O, Agentliyin Kommunikasiya departamentində müdir müavini olaraq fəaliyyət göstərəcək.

 

“Dövlətin məşğulluq siyasətinin icrasının uğurlu kommunikasiyasının aparılması istiqamətində görülən işlərə dəstək verəcəyəm”, - deyə o, yeni vəzifəsi barədə bildirib.

 

Natiq Pənahlı daha əvvəllər “Zaman-Azərbaycan” qəzetində müxbir, Xəzər TV-də Xəbərlər Departamentinin baş redaktoru,  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsində baş məsləhətçi, COP29 Azerbaijan-da kontent koordinatoru vəzifələrində çalışıb.

Tarix: 22 May 2025, 11:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin