BURADA REKLAMINIZ OLA
BİLƏR

Vasif Talıbov karantin qaydalarını pozdu – FOTOFAKT

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov karantin qaydalarını pozub.

 

Pravda.az-ın xəbərinə görə, bu gün Kəngərli rayonunda 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib. V.Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

 

Açılış mərasiminə həmçinin Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev də qatılıb.

 

Tədbir iştirakçıları karantin qaydalarını kobud şəkildə pozublar. Onlar qapalı məkanda tibbi maska taxmayıblar, üstəlik 5 deyil, 10 nəfər olublar.

 

Operativ Qərargahın 2 iyul qərarına əsasən, virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.

 

Azərbaycan Prezidenti İlham Əliyev tibbi maska taxılmasının zəruriliyini bir neçə dəfə vurğulayıb, xəbərdarlıq edib.

 

Dövlət başçısı iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı deyib: "Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik".

Fotoları təqdim edirik
Tarix: 8 İyul 2020, 18:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin