BURADA REKLAMINIZ OLA
BİLƏR

Tbilisidə avtomobilin Kürə düşməsi nəticəsində itkin düşənlərdən sonuncu şəxsin meyiti tapılıb

Tbilisidə minik avtomobilinin Kürə düşməsi nəticəsində itkin düşənlərdən sonuncu şəxsin meyiti tapılıb.

 

Məlumatı Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidməti yayıb.

 

Bildirilib ki, aparılan axtarışlar nəticəsində avtomobil qəzası zamanı dostları ilə birlikdə çaya düşərək həlak olan gənc Giorgi Şamuqiyanın meyiti tapılıb.

 

Xatırladaq ki, insident mayın 14-də baş verib. İçərisində 4 nəfərin olduğu “Mercedes” markalı avtomobil “Ford”la toqquşaraq Kür çayına düşüb. Xilasedicilər 4 nəfərdən birini dərhal sudan çıxarda biliblər. Qəzaya düşən gənclərdən ikisinin meyiti tapılsa da, üçüncünün axtarışları davam etdirilib. Meyitlərin tapılması məqsədilə Kürdə suyun səviyyəsi sünii şəkildə azaldılıb./APA

Tarix: 24 May 2025, 15:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin