BURADA REKLAMINIZ OLA
BİLƏR

Rüşvət almaqda ittiham olunan İlyas Mahmudov yenidən məhkəmə qarşısında

Rüşvət müqabilində ədalətsiz qərar çıxarmaqda ittiham olunan sabiq hakim İlyas Mahmudovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılır.

 

Qeyd: İlyas Mahmudov 2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi işləyib. Üç il sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mahmudov il azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

 

Tarix: 26 May 2025, 08:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin