BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyaya qarşı cəzanın sərtləşdirilməsi təklif edilir

Ümumdünya Antidopinq Agentliyinin (WADA) Rusiyaya tətbiq etdiyi cəza ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət oluna bilər.

 

Pravda.az-ın xəbərinə görə, Rusiya atletlərinin 4 il müddətində milli bayraq altında çıxış etmək hüququndan məhrum olunması barədə qərardan şimal qonşularımız deyil, WADA-nın İdmançılar Komissiyası şikayət edəcək.

 

Komissiya üzvləri bu gün keçiriləcək yığıncaqda apelyasiya məsələsini müzakirə edəcək. Adıçəkilən qurum WADA-nın sanksiyasının yüngül olduğu qənaətindədir.

 

İdmançılar Komissiyası cəzanın daha da sərt olmasını tələb edir. Onlar rusiyalı idmançıların neytral bayraq altında da çıxış etməsinə qadağa qoyulmasını, böyük yarışlardan tamamilə kənarlaşdırılmasını istəyir.

Tarix: 11 Dekabr 2019, 10:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin