BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasına dair xüsusi bəyanat qəbul olundu

Xəbər verdiyimiz kimi, AMİP-in üzvü olduğu və özündə ABŞ-nin Respublikaçılar, Böyük Britaniyanın Konservatorlar, Almaniyanın Xristian Demokrat və Xrsitian Sosial İttifaqı, İspaniyanın Xalq, İsveçin Moderat, İsrailin Likud, Avstraliyanın Liberal, Mərakeşin İstiqlal, Avropa Parlamentinin ən böyük qrupu olan Avropa Xalq Partiyası və s. kimi dünyanın 80-dən çox ölkəsinin 100-dən artıq sağ mərkəz yönümlü  partiyasını birləşdirən nüfuzlu beynəlxaq təşkilat Beynəlxaq Demokrat İttifaqının may ayının 15-də Brüsseldə keçirilən forumunda “Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasına dair” xüsusi Bəyanat qəbul olunub.

 

Pravda.az xəbər verir ki, AMİP-nin təşəbbüsü ilə qəbul olunmuş bəyanatda sülh müqaviləsinə əsas maneə kimi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəanın olduğu qeyd edilib və Ermənistan tərəfindən referendum yolu ilə bu maneənin aradan qaldırılmasının vacibliyinə dair çağırış edilib.

 

Bəyanatın Azərbaycan dilində tam mətni belədir:

 

«Sovetlər İttifaqı dağılandan sonra Rusiyanın keçmiş ittifaq respublikalarında - Ukrayna, Azərbaycan, Gürcüstan, Moldova ərazisində yaratdığı və çoxlu sayda insanların ölümünə səbəb olan qanlı konfliktərindən biri kimi Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə birdəflik həlli üçün böyük şanslar yaranmışdır. 2020-ci il 44 günlük müharibədən sonra Azərbaycan təklifi ilə sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlar, nəhayət ki, yekunlaşıb və indiyədək razılaşdırıla bilməyən müddəlarla bağlı da ümumi razılıq əldə olunub. Bildiririk ki, regionda sühə, sabitliyə və iqtisadi inkişafa nail olmaq, qonşu  xalqlar arasında düşmənçiliyə son qoymaq üçün yaranmış tarixi fürsətdən maksimum şəkildə istifadə etmək mütləqdir və vacibdir. Bunun üçün hazırda prosesin yekunlaşmasına maneə olan cox mühüm səbəbin aradan qaldırılmasına ehtiyac var. Sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biri, sözsüz ki, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması və bir-birilərinə qarşı ərazi iddialarından imtina etmələridir. Hər iki dövlət indiyə qədər bu istiqamətdə müvafiq bəyanatlarla çıxış edərək sülh müqaviləsi imzalamağa hazır olduqlarını bildiriblər. Lakin Ermənistan Respublikasının 1991-ci ildə qəbul olunmuş  Konstitusiyasının priambula hissəsində Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən ifadələrin olması, Konstitusiyanın isə imzalanan istənilən hüquqi sənəddən üstün olması sülh sazişinin imzalanmasında əngələ çevrilib. Çünki ölkələrdən birinin Konstitusiyasında digərinə qarşı ərazi iddialarının qalması imzalanacaq sülh müqaviləsini hüquqi çəkisi olmayan adi bir sənədə çevirir, bu da real sülhün əldə olunmasını mümkünsüz edir. Bu səbəbdən də referendum vasitəsi ilə həmin ifadələrin Ermənistan Konstitusiyasından çıxarılmasının vacibliyi yaranıb. Ermənistan Baş naziri də həmin bəndin Konstitusiyadan çıxarılmalı olduğunu dəfələrlə bəyan edib, lakin təəssüf ki, bu günə kimi referendumun keçirilməsi ilə bağlı hər hansı addımlar atılmayıb.

Deyilənləri nəzərə alaraq İDU aşağıdakıları bildirir:

 

-    Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması region üçün mühüm və vacib hadisə olacaqdır.

 

-    Bu müqavilən imzalanması və sülhün əldə edilməsi Rusiyanın yaratdığı diğər konfliktli problemlərin həlli üçün də stimul ola bilər.

 

-    Bu müqavilənin imzalanmasına maneə olan bütün səbəblərin aradan qaldırılması üçün təxirəsalınmadan müvafiq addımların atılmasına, bu istiqamətdə  bütün vasitələrdən istifadə edilməsinə çağırırıq».

Tarix: 26 May 2025, 17:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin