BURADA REKLAMINIZ OLA
BİLƏR

Gülmək hormonlara necə təsir edir?

Gülməyin sağlamlığa çoxsaylı faydaları vardır.

 

Pravda.az bildirir ki, ABŞ-da aparılan araşdırmaya görə, gülmək stress hormonları — kortizol, adrenalin və dopamin səviyyələrini tənzimləyir. Bu, immun sistemini gücləndirir, ağrını azaldır və xərçəngə qarşı mübarizədə kömək edir.

 

Sadəcə 15 dəqiqə gülmək stressi 10% azalda bilər. Gülmə zamanı endorfin kimi xoşbəxtlik hormonu ifraz olunur ki, bu da əhval-ruhiyyəni yüksəldir.

 

Kortizol hormonu isə stressə qarşı bədənin reaksiyasını tənzimləyir. Bu hormonun yüksək səviyyəsi piylənmə, yüksək təzyiq və yorğunluq kimi problemlərə səbəb ola bilər.

 

Hormon pozğunluqları isə bədənin kimyəvi balansındakı pozulmalardır və müxtəlif xəstəliklərə gətirib çıxara bilər.

 

Əminə Bayramova

Tarix: 27 May 2025, 09:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin