BURADA REKLAMINIZ OLA
BİLƏR

Diabet xəstələrinə yay mövsümü ilə bağlı vacib tövsiyələr

Yay aylarında diabet xəstələrinin sağlam və fəal həyat sürməsi üçün bir sıra önəmli məqamlara diqqət etməsi vacibdir.

 

Pravda.az bildirir ki, diabetin əsas müalicəsi sağlam qidalanmadır. Qan şəkərini nəzarətdə saxlamaq üçün müntəzəm və balanslı qidalanmaq, yüksək glisemik indeksli meyvə və şirniyyatlardan uzaq durmaq lazımdır. Yazda su qəbulu artırılmalı, təmiz su içmək prioritetdir; qazlı içkilər, meyvə suları və kafeinli içkilərdən mümkün qədər uzaq durulmalıdır.

 

Qarpız, qovun və üzüm kimi yüksək şəkər səviyyəsi artıran meyvələr az miqdarda, yanlarında süd məhsulu ilə qəbul edilməlidir. Hər hansı səfərə çıxmadan əvvəl mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur.

 

Saat 11:00-dan 16:00-dək birbaşa günəş altında olmamaq, başı şapka ilə qorumaq lazımdır. Ayaqların təmiz və nəmləndirilmiş saxlanılması, dar ayaqqabılardan qaçınmaq, hər gün 40-50 dəqiqəlik gəzinti isə sağlamlığı dəstəkləyir.

 

Hərtərəfli tibbi müayinələr və insulin qələmlərinin soyuducuda saxlanması unudulmamalıdır.

 

Yayda bu qaydalara əməl etmək diabet xəstələrinin sağlamlığının qorunmasında mühüm rol oynayır.

 

Əminə Bayramova

Tarix: 27 May 2025, 10:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin