BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə cinsi azlıq nümayəndəsinə qarşı quldurluq edən şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə quldurluqda təqsirləndirilən Nizam Bağırzadənin (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 22 mart 2024-cü il tarixdə, saat 19:30 radələrində paytaxt ərazisində qeydə alınıb.


Belə ki, Nizam Bağırzadə tanış olduğu cinsi azlıq nümayəndəsi olan zərərçəkmiş M.M.-in (şərti) kirayə yaşadığı ünvana qonaq gedib. Sonra o, həmin şəxsə qarşı quldurluq edərək onun ümumilikdə 3267 manat əmlakını quldurluq yolu ilə ələ keçirib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizam Bağırzadə 9 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.


Qeyd: Nizam Bağırzadə daha əvvəl də quldurluq etdiyinə görə məhkumluq həyatı yaşayıb.
 

Kamal Məmmədov 

Tarix: 27 May 2025, 09:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin