BURADA REKLAMINIZ OLA
BİLƏR

Minatəmizləmə Agentliyi alkotester və narkoloji testlər ala bilmir

“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” publik hüquqi şəxsi alkotesterlərin (6 125 AZN) və narkoloji testlərin (90 090 AZN) alınması ilə bağlı elan etdiyi tenderlər ləğv edilib.

 

Pravda.az-ın xəbərinə görə, qərarları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarlarında bildirilib ki, satınalmalarda iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Tenderlərin yenidən elan olunması üçün hazırlıq görülür.

 

Cabir Həsənov

Tarix: 27 May 2025, 11:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin