BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşdü - FOTOLAR - YENİLƏNDİ

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib.

 

Pravda.az xəbər verir ki, dövlətimizin başçısını salamlayan sakinlər dedilər: Xoş gəlmisiniz, cənab Prezident.

 

Prezident İlham Əliyev: Sağ olun.

 

Sakin: Cənab Prezident, üçüncü dəfədir Sizinlə görüşürük.

 

Prezident İlham Əliyev: Salam, necəsiniz?

 

Sakin: Çox sağ olun.

 

Prezident İlham Əliyev: Birinci gələnlərdənsiniz, elədimi?

 

Sakin: Bəli, birinci gələnlərdənik.

 

Sakin: Olar, bəlkə bizim evdə bir şəkil çəkdirək?

 

Prezident İlham Əliyev: Olar, çəkdirək.

 

Sakin: Cənab Prezident, bu da xüsusi təyinatlıdır.

 

Prezident İlham Əliyev: Ay maşallah, ay maşallah. Neçə yaşı var?

 

Sakin: Beş.

 

Prezident İlham Əliyev: Maşallah. Rütbəsi də var.

 

Sakin: Bəli, bəli.

 

Prezident İlham Əliyev: Rütbəni kim verib sənə, özün? Sən mütləq general olacaqsan. Necə yaşayırsınız?

 

Sakinlər: Çox şükür, yaxşı. Hər şey yaxşıdır. Gözəl havası, gözəl suyu.

 

Sakin: Biz elə birinci köçənlərdənik, o vaxtdan da burada yaşayırıq.

 

Prezident İlham Əliyev: Bəli, birinci köçənlərdən.

 

Sakin: Biz də Əməkdar müəllimlərik. Sizinlə şəkil çəkdirmək istəyirik, şagirdlərimizlə, zəhmət olmasa.

 

Prezident İlham Əliyev: Gəlin, belə duraq. Burada harada dursan yenə də cənnət görünür. Balacanı da mən götürüm qucağıma. Balaca, gəl buraya.

 

Sakinlər: Çox sağ olun. Allah Sizə ömür versin, cansağlığı versin.

 

Prezident İlham Əliyev: Sağ olun, sizə də cansağlığı. Məktəbdə işlər yaxşıdır?

 

Sakin: Bəli, əladır, çox gözəldir.

 

Prezident İlham Əliyev: Həyətyanı sahə var?

 

Sakin: Bəli, var. Çox sağ olun, təşəkkür edirəm, cənab Prezident.

 

Prezident İlham Əliyev: Sabah bayram günüdür. Bayram münasibətilə sizi təbrik edirəm.

 

Sakinlər: Çox sağ olun, var olun, cənab Prezident. Allah Sizə ömür versin.

Fotoları təqdim edirik
Tarix: 27 May 2025, 16:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin