BURADA REKLAMINIZ OLA
BİLƏR

Yol qəzasında 2 nəfərin ölümünə səbəb olan sürücü ilə bağlı qərar çıxarıldı

Ali Məhkəmədə 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Natiq Həsənlinin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.

 

İttihama görə, hadisə 10 dekabr 2023-cü il tarixdə, saat 05:50 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 22-ci kilometrliyində qeydə alınıb.

 

Belə ki, Natiq Həsənlinin idarə etdiyi "Ford Tranzit" markalı avtomobil yolun kənarındakı beton maneəyə çırpılıb. Hadisə nəticəsində 6 nəfər yaralanıb. Yaralılardan ikisi - 1963-cü il təvəllüdlü Allahverdiyeva Ayna Təru qızı və 1959-cu il təvəllüdlü Bədəlova Afət Səməd qızı dünyasını dəyişib.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 29 May 2025, 08:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin