BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatın oğlu avtomobillə polisi vuraraq QAÇDI

Bir neçə gün öncə Tehranda İran parlamentinin sədr müavini Əli Nikzadın oğlu Məhəmməd Həsən Nikzad xüsusi zolaqda şəxsi avtomobili ilə yol polisini vurub.

 

Bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

 

Məlumatda bildirilir ki, daha sonra millət vəkilinin oğlu hadisə yerindən qaçıb.

 

Yol polisinin dərhal xəstəxanaya köçürüldüyü və hazırda vəziyyətinin ağır olduğu bildirilib.

 

Qeyd olunub ki, təqsirkar bir an belə tərəddüd etmədən və yaralıya kömək etməyə cəhd etmədən hadisə yerini sürətlə tərk edib./Musavat.com

 

 

 

Tarix: 29 May 2025, 16:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin