BURADA REKLAMINIZ OLA
BİLƏR

Körpələrdə eşitmə zəifliyinə DİQQƏT

Uşağınızın səslərə reaksiyasını izləmək çox önəmlidir, çünki eşitmə zəifliyi körpələrdə 100-dən birində görülür və erkən aşkar edilmədikdə inkişafda problemlərə səbəb ola bilər.

 

Pravda.az eşitmə zəifliyinin necə aşkarlanması ilə bağlı məlumatları təqdim edir:

 

Doğulduqdan sonra xəstəxanada eşitmə testi edilərək erkən diaqnoz qoyula bilər. Körpənin səslərə verdiyi reaksiyalar aylara görə fərqlidir; məsələn, 0-3 ayda ana səsini tanıyır, 6-12 ayda ‘ba ba’ kimi səslər çıxarır, 18-24 ayda sadə sözlər deyir.

 

Müalicə və risk faktorları

 

Erkən diaqnoz üçün qulağın daxili eşitmə funksiyasını yoxlamaq üçün analiz tətbiq olunur. Eşitmə zəifliyi aşkar edilsə, müalicə cihazları və ya əməliyyatlarla problemlər aradan qaldırıla bilər. Risk qrupu uşaqlar — ailə tarixçəsi, doğuş zamanı və sonrasında yaşanan problemlər səbəbilə — daha diqqətlə izlənməlidir.

 

Əminə Bayramova

Tarix: 30 May 2025, 09:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin