BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını bıçaqlayan şəxsə cəza verildi

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ümid Bəşirzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə 06 mart 2024-cü il tarixdə, gecə saat 02:00 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən 71 nömrəli tam orta məktəbin qarşısında qeydə alınıb.

 

Belə ki, Ümid Bəşirzadə tanışı, zərərçəkmiş Bahadur Qasımovla (adı, soyadı şərtidir) mübahisə edib. Buna səbəb isə zərərçəkmişin kənar şəxslərin yanında ona qarşı nalayiq ifadə işlətməsi olub. Sonra Bahadur Ümidi Zabrat qəsəbəsinə çağırıb. Onlar söhbət edən zaman Bahadur ona qarşı işlətdiyi nalayiq sözləri təkrar edib. Daha sonra Ümid üzərində gəzdirdiyi bıçaqla qəsdən Bahaduru vuraraq ona aid bədən xəsarəti yetirib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

 

 

 

 

 

Tarix: 30 May 2025, 09:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin