BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 397 minlik dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında

Bakıda dələduzluqda təqsirləndirilən Əlövsət Nəsirovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

 

İttihama görə, Ə.Nəsirov bir neçə şəxsə qarşı 396 630 min manatlıq dələduzluq edib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət və protest təmin edilməyib.

 

Kamal Məmmədov

 

 

 

 

 

Tarix: 30 May 2025, 09:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin