Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Təhsil eksperti ilə bağlı qərar tamamilə ləğv edildi, iş apellyasiya instansiyası məhkəməsinə göndərildi

Ali Məhkəmədə "Smart Business Qroup" şirkətinin direktoru Anar Xəlilovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Məhkəmə qərarı tamamilə ləğv edib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

 

İttihama görə, A.Xəlilov 5 vətəndaşa qarşı dələduzluq edərək onlardan övladlarını xaricdə təhsil almaq adı ilə ümumilikdə 97845 manat pullarını elə keçirmişdi. A.Xəlilov zərərçəkənlərin hamısı ilə barışıq əldə edib dövlətə dəymiş ziyanın 50 faizini (48923 manat) ödəsə də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10.12.2024-cü il tarixdə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə o, cinayət məsuliyyətindən azad edilib və cinayət işinə xitam verilib.

 

Qeyd: A.Xəlilov mətbuatda təhsil eksperti kimi tanınıb.

 

Kamal Məmmədov

Tarix: 30 May 2025, 09:28   
Xəbər lenti
Çox oxunanlar