BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirlikdən Araz Musayevin bıçaqlanması hadisəsinə REAKSİYA

Gənclər və İdman Nazirliyi Antalyada keçirilən IFMA versiyası üzrə dünya çempionatı zamanı Azərbaycan Muay-Tay Federasiyasının prezidenti Araz Musayevin bıçaqlanandan sonra mətbuata verdiyi açıqlamada Nazirliyin şöbə müdiri Elnur Məmmədovun adını hallandırmasına reaksiya verib.

 

Nazirlik Pravda.az-ın sorğusuna cavab olaraq verdiyi mövqedə Araz Musayevə sağlamlıq arzulamaqla kifayətlənib, məsələyə aydınlıq gətirməyib.

 

“Araz Musayevə tezliklə sağalmasını arzulayırıq və inanırıq ki, müvafiq hüquq-mühafizə orqanları qısa müddətdə hadisəyə aydınlıq gətirəcəklər”, - açıqlamada deyilib.

 

Xatırlatma: Araz Musayev ötən gün "Unikal"a müsahibəsinde deyib ki, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovun Kikboks və Muay-Tay idman növündən xəbəri olmadığı üçün verdiyi qeyri-qanuni qərarlar, Dünya Muay-Tay Fedarasiyası tərəfindən Kikboksinq Federasiyası idmançılarının Muay-Tay Fedarasiyasının tərkibinə daxil edilməsi ilə nəticələndi.

 

Aytəkin Qardaşova

Tarix: 30 May 2025, 10:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin