BURADA REKLAMINIZ OLA
BİLƏR

DİQQƏT! Elektromobil istifadə edənlər, avtomobilinə led işıqlar quraşdıranlar OXUSUN - YANMA RİSKİ...

İsti havalar özünü göstərən kimi paytaxt ərazisində bir həftə ərzində iki avtomobilin alışıb yanması vətəndaşların narahatlığına səbəb olub. Baş verən hadisə hansı avtomobillərin tez alovlanma, yanma riski olması məsələsini gündəmə gətirib.

 

Bu barədə Pravda.az-ın suallarını cavablandıran mütəxəssis Rəşad Qabulov deyib ki, sükanı sağdan sola keçirilən avtomobillər üçün belə risklər daha çoxdur.

Xaricdən ikinci əl avtomobil almaq istəyənlərin nəzərinə: Bunlara diqqətin  edin - ARAŞDIRMA Pravda.az

“Çünki naqillərin yeri, yük götürmə qabiliyyəti dəyişdirilir və calaq hissələr düzgün calaq olunmur. Yəni alovlanma açıq calaq hissələr səbəbindən baş verə bilir. Alışmaya ikinci səbəb isə avtomobilə led işıqların quraşdırılması - işıq sisteminə müdaxilə, normadan artıq gücdə istifadə olunan lampalardır. Məsələn, avtomildə naqilin ötürücülüyü 5 Vatdır, siz isə 10 Vatlıq lampa qoyursunuz, ikiqat güc düşür. Zavod avtomobilində normaya cavab verməyən işıqdan istifadə edilməsi naqilin qızışmasına gətirib çıxarır. Yanğının baş vermə səbəblərindən biri də budur”, - o bildirib.

 

Rəşad Usta vurğulayıb ki, yanğın təhlükəsi ən çox elektromillərdədir: “Elektromobillərin “zaryadka” - yükləmə sistemi zədə alanda, hansısa qapanma olanda risk yaranır. Düzdür, istehsalçı bunu hesablayır, həmin hissədə qoruyucu var, amma qoruyucuya müdaxilə olunanda ən risklisi elektromobillərin alışmasıdır. Bunu söndürmək də mümkün deyil”.

 

O, sürücülərə çağırış edib: “Zavod tələbindən kənara çıxmaq olmaz. Qəzalı avtomobillərdə xüsusilə. Müştəri sükanı sağdan sola keçirilən avtomobil alıbsa, naqil hissəsini sıfırdan sökdürüb, qaynaq hissələrə dəqiqliklə baxmalıdır”.

 

Aytəkin Qardaşova

Tarix: 30 May 2025, 10:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin