BURADA REKLAMINIZ OLA
BİLƏR

Siqaret bu 5 xəstəliyə səbəb ola bilər!

Siqaret təkcə istifadə edənlərin deyil, ətrafdakı insanların da sağlamlığına zərər verir.


Pravda.az bildirir ki, ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il təxminən 8 milyon insan tütün istifadəsinə bağlı xəstəliklərdən, 1,2 milyon insan isə passiv siqaret çəkmənin təsirindən dünyasını dəyişir.


Siqaretin səbəb olduğu xəstəliklər:


KOAH (xroniki obstruktiv ağciyər xəstəliyi)

Ağciyər xərçəngi

Təkrarlanan tənəffüs yolu infeksiyaları

Digər orqan xərçəngləri

Ürək-damar xəstəlikləri


Siqaret çəkməyənlər belə passiv şəkildə tütün tüstüsünə məruz qalaraq xəstələnə bilərlər. Xüsusilə uşaqlar və qadınlar risk altındadır.
 

Ağciyər xərçəngi diaqnozu qoyulanların 90%-i siqaret istifadəçiləridir. Elektron siqaretlər də təhlükəlidir, gənclərdə ağciyər sönməsi və zər təbəqəsində maye yığılması müşahidə oluna bilər.


3 həftədən çox davam edən öskürək, qanlı bəlğəm və nəfəs darlığı kimi əlamətləri olan şəxslər həkimə müraciət etməlidirlər. 50 yaşdan yuxarı siqaret çəkənlərin mütəmadi olaraq ağciyər qrafikası və nəfəs testləri etdirməsi tövsiyə olunur.


Qeyd: Siqaretdən uzaq durmaq və asılılığı önləmək üçün cəmiyyətin maarifləndirilməsi vacibdir. Gənclər arasında erkən müdaxilə ilə asılılığın qarşısı alınmalıdır.


Əminə Bayramova

Tarix: 30 May 2025, 10:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin