BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Bayramov Coşua Hakı qəbul edib

30 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti müzakirə olunub.

 

Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi münasibətlərin, enerji təhlükəsizliyi və bir sıra digər sahələrdə faydalı əməkdaşlığın əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub.

 

Görüş zamanı bölgədə enerji layihələri, alternativ enerji üzrə planlar, nəqliyyat və kommunikasiya xəttlərinin perspektivləri, Mərkəzi Asiya ilə birgə əməkdaşlıq fəaliyyəti nəzərdən keçirilib.

 

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, mövcud maneələr barədə qarşı tərəfə məlumat verib.

 

Görüşdə, habelə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix: 30 May 2025, 13:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin