BURADA REKLAMINIZ OLA
BİLƏR

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Azərbaycan prezidentini təbrik etdi

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

 

Pravda.az xəbər verir ki, təbrikdə deyilir:

 

"Hörmətli cənab Prezident.

 

İcazə verin, Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi təbrik edim.

 

Sizə cansağlığı və səadət, Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıram.

 

Zati-alinizə ən yüksək ehtiramımı ifadə edirəm."

Tarix: 30 May 2025, 20:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin