BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha bir icra başçısı karantin qaydalarını pozdu - FOTOLAR

Daha bir icra başçısı karantin qaydalarını pozub.

 

Pravda.az-ın xəbərinə görə, xüsusi karantin rejimi ilə əlaqədar iyulun 6-da Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun və Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin iştirakı ilə mobil qrup üzvləri tərəfindən əhalinin sıx toplaşdığı məkanlarda, ictimai-iaşə və ticarət obyektlərində reydlər keçirilib.

 

Bu zaman icra başçısı Əziz Əzizov və onun yanında olan şəxslər xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozublar. Onlar qapalı və açıq məkanlarda 5 nəfərdən artıq şəxslərlə bir yerə toplaşıblar.

 

Karantin qaydalarının pozulduğunu əks etdirən görüntülər Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində də yerləşdirilib.

 

Qeyd edək ki, Operativ Qərargahın 2 iyul qərarına əsasən, virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir. Demokrat.az

Fotoları təqdim edirik
Tarix: 9 İyul 2020, 15:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin