BURADA REKLAMINIZ OLA
BİLƏR

Diqqət: Bu gün saat 15:00-da...

Bu gün saat 15:00-da Dövlət İmtahan Mərkəzinin (DİM) yutubdakı kanalı vasitəsilə canlı yayım ediləcək və mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.


Bu barədə Pravda az-a DİM-dən bildirilib.


Abituriyentlər suallarını yutubda yerləşdirilən müvafiq linkin altına yaza bilərlər.


İyunun 2-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.


İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.

Tarix: 1 İyun 2025, 14:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin