BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan-Fransız Universiteti aviabilet ala bilmədi – Tender ləğv olunub

"Azərbaycan Dövlət Neft və Sənaye Universiteti" PHŞ nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) üçün aviabiletlərin alınması ilə bağlı elan edilən tender ləğv edilib.

 

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

 

Bildirilib ki, dəyəri 264 465 AZN olan satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Cabir

Tarix: 2 İyun 2025, 11:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin