Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

K vitamini çatışmazlığı ciddi fəsadlara yol aça bilər - DİQQƏT

K vitamini bədənimizdə qanın laxtalanması, sümük sağlamlığı və ürək-damar sistemi üçün vacib rol oynayır.


Pravda.az bildirir ki, bu vitaminin çatışmazlığı zamanı bədəndə tez-tez göyərmələr, diş ətində və ya göbək nahiyəsində qanaxma, qırmızı nöqtəli səpkilər, zəif sümük quruluşu kimi əlamətlər müşahidə oluna bilər.


Həkimlərin sözlərinə görə, K vitamini əskikliyi xüsusilə körpələrdə, bağırsaq xəstəliyi olanlarda və antibiotik qəbul edənlərdə daha çox görülür. Çatışmazlıq halında ispanaq, brokoli, kələm, cəfəri, yumurta və süd məhsulları kimi K vitamini ilə zəngin qidaların rasiona əlavə edilməsi tövsiyə olunur.


Xəbərdarlıq: Vitamin əlavələri qəbul etməzdən əvvəl həkim və ya dietoloqla məsləhətləşmək vacibdir.


Əminə Bayramova 

Tarix: 2 İyun 2025, 11:58   
Xəbər lenti
Çox oxunanlar