BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət başçısı sərəncam imzaladı

Azərbaycan ilə Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri dəyişib.

 

Pravda.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncama edilən dəyişiklikdə əksini tapıb.

 

Komissiyanın həmsədri rəqəmsal inkişaf və nəqliyyat naziri olub. Dəyişikliyə görə, bundan sonra həmsədr rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olacaq.

Tarix: 2 İyun 2025, 16:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin