BURADA REKLAMINIZ OLA
BİLƏR

Muğla valisi: Zəlzələ zamanı 1 nəfər ölüb, 69 nəfər yaralanıb

Türkiyənin Muğla şəhərinin valisi İdris Akbıyık ölkənin cənub-qərb sahilində baş vermiş güclü zəlzələ zamanı təşvişə düşmüş bir nəfərin öldüyünü, 69 nəfərin yaralandığını açıqlayıb.

 

Bu barədə vali sosial şəbəkədə yazıb.

 

“Zəlzələdə panik atak səbəbindən 14 yaşında bir övladımız həyatını itirib”, – o qeyd edib.

 

Akbıyıkın sözlərinə görə, təşviş və hündürlükdən atılma nəticəsində 69 nəfər yaralanıb, onlardan 46-sı xəstəxanaya aparılıb.

 

Vali şəhərdə heç bir dağıntı olmadığını vurğulayıb./Report

Tarix: 3 İyun 2025, 08:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin