BURADA REKLAMINIZ OLA
BİLƏR

Qonşu qadını döyən kişiyə elektron qolbaq taxıldı

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Qüdrət Nəbizadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 8 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 

İttihama görə, hadisə 10 oktyabr 2024-cü il saat 22 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində qeydə alınıb.

 

Belə ki, Qüdrət Nəbizadə qonşusu, zərərçəkmiş Zəminə Yusifovanın (adı, soyadı şərtidir) azyaşlı oğlu onu lağa qoyaraq qıcıqlandırıb. Təqsirləndirilən şəxs də uşağın atasına məlumat vermək üçün onların evinin qarşısına gəlib. Bu zaman Qüdrətlə Zəminə arasında mübahisə yaranıb. Sonra o, qadının sifət nahiyəsinə qəsdən yumruqla bir dəfə vurub yerə yıxaraq, onun sağlamlığına yüngül zərər yetirib.

 

Hadisədən sonra Qüdrət Nəbizadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

 

 

 

 

Tarix: 3 İyun 2025, 08:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin