BURADA REKLAMINIZ OLA
BİLƏR

Söyüş söydüyü üçün ona irad bildirən şəxsin burnunu sındırdı - CƏZA

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Elman Qayıbovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 

İttihama görə, hadisə ötən il Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi “Bağçalı evlər” yaşayış kompleksi 3B saylı binanın qarşısında qeydə alınıb.

 

Belə ki, Elman Qayıbov zərərçəkmiş Naqif Bayramovun (adı, soyadı şərtidir) gecə vaxtı telefonla uca səslə nalayiq ifadələr işlədərək danışmasını irad tutub. Bu zaman o, yumruqla qəsdən bir neçə dəfə zərərçəkmiş şəxsin sifət nahiyəsindən vurub. Nəticədə Naqifin burun sümüyünü sınıb.

 

Hadisədən sonra Elman Qayıbov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

 

Kamal Məmmədov

 

 

 

 

Tarix: 3 İyun 2025, 09:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin