BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadına və tanışına əxlaqsızlıq edən şəxslə bağlı QƏRAR

Şəki Apellyasiya Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Taryel Balayevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, Taryel Balayev 2024-cü illərdə Abşeron və Yevlax rayonlarında tanışı olan qadına və öz həyat yoldaşına seksual xarakterli zorakılıq hərəkətlər edib. O, həmin şəxslərlə qeyri-təbii yolla cinsi əlaqədə olub.


Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.


Kamal Məmmədov 


Tarix: 5 İyun 2025, 08:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin