BURADA REKLAMINIZ OLA
BİLƏR

Dünya rekordu qıran serial davam edəcək

"Netflix" Cənubi Koreyanın məşhur serialı "Kalmar Oyunu"nun ("The Squid Game") üçüncü mövsümünə aid rəsmi treyleri yayımlayıb. Yeni mövsümün premyerası 2025-ci il iyunun 27-də baş tutacaq.


Milli.Az xəbər ki, serialın əvvəlki mövsümü dünya miqyasında böyük rezonans doğurmuş, 93 ölkədə hit-paradlara liderlik etmiş və bir neçə rekord müəyyən etmişdi. Serialın yaradıcıları isə bildirirlər ki, yeni mövsüm də maraq baxımından əvvəlkilərdən geri qalmayacaq.


Yeni süjet xəttinə əsasən, əsas qəhrəman 456-cı oyunçunun hekayəsi bu mövsümdə yekunlaşacaq. Tamaşaçılar onun ölümcül oyunun təşkilatçılarına qarşı mübarizədə qalib gəlib-gəlməyəcəyini bu dəfə öyrənə biləcəklər.

Tarix: 4 İyun 2025, 23:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin