BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bağışla məni, ata..." - Xoşqədəm Hidayətqızı

“Bu dünyadan bir kişi - adam kimi adam gəlib-keçdi”.

 

Bu fikirləri Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı sosial şəbəkə hesabında yazıb.

 

“Yurd həsrətiylə qovruldu, dərddən xəstəlik tapdı. Yurduna, balasının ziyarətinə xəstə canla getdi, amma getdi. Mənimlə getmək istədi yurduna… Qırılmış qəlbim imkan vermədi arzusu gercəkləşsin. İndi çox üzgünəm, fotoda yanında deyiləm deyə. “Bağışla məni ata, iki arzunu həyata keçirə bilmədim… Məndən asılı olmayan səbəblərdən.

 

Ürəyimdə böyük bir yara kimi qaldı. Sən mənim yer üzündəki Allahım idin, sən mənim qoruyucu dağım idin, Allahdan sonra tək sığındığım limanım idin. Bağışla, səni bir ömür yanımda saxlamaq əlimdən gəlmədi”, deyə Xoşqədəm Hidayətqızı bildirib.

 

Qeyd edək ki, Xoşqədəm Hidayətqızının atası Hidayət Baxşəliyev bu gün səhər saatlarında vəfat edib. Hidayət Baxşəliyev 5 ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

 

Olke.az

Tarix: 7 İyun 2025, 16:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin