BURADA REKLAMINIZ OLA
BİLƏR

Paşinyan: "Ter-Petrosyan Ermənistanda seçkilərin saxtalaşdırılması təcrübəsinin banisidir"

"Levon Ter-Petrosyan Ermənistanda seçkilərin saxtalaşdırılması təcrübəsinin banisidir".

 

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində respublikanın birinci prezidentinin bütün ermənilərin katolikosu II Qareginlə görüşünü şərh edərkən yazıb.

 

"Levon Ter-Petrosyan Ermənistan Respublikasında seçkilərin saxtalaşdırılması təcrübəsinin banisidir və o, təbii ki, özü kimi xalqa nifrət edən saxtakarı dəstəkləməlidir", - deyə Paşinyan vurğulayıb.

 

Xatırladaq ki, iyunun 7-də Ter-Petrosyan II Qareginlə görüşüb və ona dəstəyini ifadə edib.

 

Qeyd edək ki, mayın 29-da Nikol Paşinyan sosial şəbəkələrdə erməni apostol kilsəsinin nümayəndələrinə qarşı bir sıra təhqiramiz postlar dərc edib, daha sonra isə yeni katolikosun seçilməsinə çağırıb. İyunun 2-də o, II Qareginin subaylıq andına əməl etməsi faktını şübhə altına alıb və yazıb ki, əgər onun övladı varsa, Erməni apostol kilsəsinin rəhbəri ola bilməz.

 

Oxu.az

Tarix: 8 İyun 2025, 13:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin