BURADA REKLAMINIZ OLA
BİLƏR

Əməkhaqqı artıb

Bu ilin yanvar-mart aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 357,3 manat təşkil edib.

 

Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

 

Paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-mart ayları ilə nisbətən 9,1 % artıb.

 

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10 % artaraq 1 083,8 manat təşkil edib.

Tarix: 9 İyun 2025, 11:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin