BURADA REKLAMINIZ OLA
BİLƏR

Ekoloq: “Külək yaxınlıqdakı göldən qurbağaları burulğan halında qaldırıb, Ramanaya buraxıb...”

Son günlər Bakıya normal yağışlar yağsa da, Ramana qəsəbəsinə qurbağa yağıb. Sosial şəbəkələrdə yayılan görüntülərdən də aydın olur ki, qəsəbədə yağışdan sonra kiçik qurbağaların əlindən addım atmaq mümkün olmayıb.

 

Bu barədə Pravda.az-ın suallarını cavablandıran “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli deyib ki, “qurbağa yağışı” deyə bir şey yoxdur.

 

 

“Ola bilər, külək yaxınlıqdakı Bülbülə, ya da Qaraçuxur gölündən qurbağaları burulğan halında qaldırıb, Ramanaya buraxıb. Bu, bəsit bir şeydir. Sensassion heç nə yoxdur. “Qurbağa yağışı” olmur. Külək başqa canlıları da dənizdən, yaxud qurudan burulğan şəklində yerdən qaldırır, götürüb aparır, müəyyən ərazilərdə buraxır. Narahatlığa əsas yoxdur. Çalışsınlar ki, Ramana ərazisindəki qurbağaları suya buraxsınlar. Bu, insanların təbiətə yaxşılığı olar…” - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 10 İyun 2025, 08:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin