BURADA REKLAMINIZ OLA
BİLƏR

388 min manat vergi borcunu ödməkdən yayınan sahibkar şikayətini geri götürdü

Ali Məhkəmədə vergi ödəməkdən yayınmaqda təqsirləndirilən sahibkar Məhəmməd Rüstəmovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, kassasiya şikayəti geri götürülüb

 

Qeyd: M.Rüstəmov 388 min manat vergi borcunu ödməkdən yayınmaqda təqsirləndirilir.

 

Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Lakin daha sonra dövlət ittihamçısı tərəfindən qərardan apellyasiya protesti verilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Ağcabədi Rayon Məhkəməsinin hökmü dəyişdirilib və M.Rüstəmov 3 il azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

 

Tarix: 10 İyun 2025, 08:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin