BURADA REKLAMINIZ OLA
BİLƏR

İranda poladəritmə zavodunda partlayış olub, 1 nəfər ölüb, 7 nəfər yaralanıb

İranda poladəritmə zavodunda karbon qazı balonunun partlaması nəticəsində 1 nəfər ölüb.

 

Bu barədə ISNA agentliyi məlumat yayıb.

 

“Nətənz şəhəri ətrafında İmamzadə rayonunda yerləşən Xalidabad poladəritmə zavodunda karbon qazı balonunun partlaması nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb”, - məlumatda deyilir.

 

Ölənlərin və yaralananların Əfqanıstan vətəndaşları olduğu qeyd edilir. Onların hamısı yaxınlıqdakı tibb məntəqələrinə göndərilib./APA

Tarix: 9 İyun 2025, 23:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin